Azərbaycan kommersiya qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik”, – deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

İstinadlar Report