Vyanada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

Bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Həmçinin bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib. “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib.

İstinadlar Report