Avqustda gündəlik xam neft hasilatının “OPEC plus” ölkələrində 648 min barel, o cümlədən Azərbaycanda 11 min barel artırılması ilə iki ildən çox müddəti əhatə edən tarixi razılaşma üzrə böyük həcmli öhdəliklər yekunlaşır.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında qeyd edib.

Nazir bildirib ki, “OPEC plus” balanslı yanaşma, çevik tənzimləmə və yüksək həmrəylik sayəsində qlobal neft bazarının sabitləşdirilməsi ilə bağlı tarixi missiyasının öhdəsindən uğurla gəlib.

İstinadlar Report