
Energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z. Aminin dəvəti ilə BƏƏ-yə səfər edib.
Energetika Nazirliyindən verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda Azərbaycan pavilyonunda təşkil olunacaq ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.