Perunun “Las-Palmas” çimərliyində yerləşən klubda baş vermiş partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə şənbə günü yerli təhlükəsizlik xidmətlərinə istinadən “El Comercio” qəzeti yazıb.

“Biz klub yaxınlığında iki qaz balonu tapdıq, partlayış nəticəsində binanın şüşələri qırılıb. Bir neçə nəfərdə cüzi xəsarətlər var. Vəziyyət nəzarət altındadır”, – deyə nəşr fövqəladə hallar xidmətinin nümayəndəsi Vito Monopolinin sözlərini sitat gətirib.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. İnsidentin başqa təfərrüatları məlum deyil.

Daha əvvəl Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

İstinadlar Report