Peruda baş vermiş 8 ballıq zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, yaralıların sayı dəqiqləşdirilir. Təbii hadisə zamanı həmçinin 16 bina zədələnib.

Ölkə prezidenti Martin Viskar özünün “Twitter” səhifəsində qeyd edib ki, yeraltı təkanlar müxtəlif regionlarda hiss edilib.

İstinadlar Report