Peruda baş verən zəlzələ nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Milli Mülki Müdafiə İnstitutunun rəhbərlərindən biri Migel Yamasaki RPP radiostansiyasına müsahibəsində bildirib.

Zəlzələnin gücü 5,5 bal olub.

Onun mənbəyi 49 km dərinlikdə, ocağı isə Kanyete əyalətinin Çilka şəhərindən 30 km qərbdə yerləşib.

İstinadlar Report