Bu gün Peruda Milli Konqresə növbədənkənar seçkilər keçiriləcək.

Cənubi Amerika respublikasının birpalatalı qanunverici orqanında 130 yer uğrunda 21 partiya mübarizə aparacaq.

Yerli vaxtla səhər saat 8:00-da bütün ölkə üzrə 5,2 min seçki komissiyası fəaliyyətə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaq.

Təhlükəsizlik tədbirlərinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq cərimə olunacaqlar.

İstinadlar Report