Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.

Bu barədə “RPP” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş.

Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 12-si yaralanıb.

İstinadlar Report