Perulu həkimlər ilin əvvəlindən bəri ölkədə denge qızdırmasından 201 nəfərin öldüyünü təsdiqləyiblər.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin 22-ci həftəsinə qədər ölkədə 130 826 denge xəstəliyinə yoluxma halı aşkarlanıb, 201 ölüm də qeydə alınıb”, – hesabatda deyilib.

Bu ilin ilk beş ayında Peruda 2022-ci illə müqayisədə iki dəfədən çox denge xəstəliyinə yoluxma halları təsdiqlənib. Ən çətin vəziyyət Perunun şimalındakı Pyura departamentindədir, burada 40 minə yaxın adam xəstələnib.

İstinadlar Report