Peruda hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə respublikanın Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığından bildirilib.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində baş verib. Qəza nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər xəsarət alıb.

“Bu gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı helikopter 12 ekipaj üzvü ilə Kusko regionunda qəzaya uğrayıb. Hadisə zamanı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb”, – ordunun tvitterdəki açıqlamasında deyilir.

Qeyd edilir ki, qəza zamanı daha iki hərbçi itkin düşüb.

İstinadlar Report