Peruda 60 sərnişini daşıyan avtobus uçurumdan aşıb.

Bu barədə yerli “RPP” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi Pan-Amerika magistralının 121-ci km-də uçuruma düşüb.

25 nəfər qəzanın qurbanı olub, hüquq-mühafizə orqanlarından ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.

İstinadlar Report