Mayın 31-də Perunun cənubunda 6,1 bal gücündə zəlzələ olub.

Məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar 4,8 min nəfər əhalisi olan Lampa şəhərindən 28 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 144 km dərinlikdə yerləşib.

Dağıntı, ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, 1970-ci ilin mayın 31-də Peruda baş vermiş güclü zəlzələ nəticəsində 67 min nəfər ölmüşdü.

İstinadlar Report