
Peru sahillərində 5,4 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 246 min insanın yaşadığı İka şəhərindən 230 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib.