Peru Konqresinin konstitusiya ittihamları üzrə alt komitəsi “Rolex” korrupsiya işində ölkə prezidenti Dina Boluarteyə qarşı şikayəti qəbul edib.

Bu barədə RT məlumat yayıb.

Qərar lehinə 17, əleyhinə isə iki səslə qəbul edilib.

Konstitusiya şikayəti Boluartenin Ayakuço bölgəsinin qubernatoru Uilferdo Nunezdən rüşvət olaraq aldığı üç “Rolex” saatı və zinət əşyaları ilə bağlıdır və ölkənin prokuroru vəzifəsini icra edən Xuan Villena tərəfindən verilib.

Bundan əvvəl konstitusiya ittihamları üzrə alt komitə hökumət əleyhinə nümayişlər zamanı onlarla ölkə vətəndaşının öldürülməsi ittihamı ilə Boluarteyə qarşı şikayəti rədd etmişdi.

İstinadlar Report