
ABŞ yeni münaqişələr yaratmaq deyil, onların qarşısını almağa çalışacaq.
Bunu ölkənin yeni müdafiə naziri Pit Heqset andiçmə mərasimindən sonra bildirib.
“Biz müharibələrdə iştirak etmək istəmirik. Biz onları dayandırmaq və artıq davam edənləri bitirmək istəyirik”, – nazir deyib.
Onun sözlərinə görə, əgər Pentaqon müharibə aparmalı olsa, “biz böyük resurslar cəlb edəcəyik və düşməni məhv etmək üçün qətiyyətlə hərəkət edəcəyik”.