Pentaqon Ukraynanın Amerika kəşfiyyatı tərəfindən yaradılan “Starshield” peyk şəbəkəsinə çıxışını genişləndirmək üçün İlon Maskın “SpaceX” şirkətilə müqavilələr imzalayıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Yeni müqavilələrə əsasən, Starlink peyk sisteminin daha təhlükəsiz və hərbi yönümlü versiyası olan Starshield sisteminə giriş Ukraynadakı 2500 Starlink terminalına açıq olacaq.