ABŞ hökuməti Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım tranşının ayrıldığını elan edib.

Məlumatda bildirilir ki, Ukraynaya verilən silahlar ölkənin ən təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

“O cümlədən hava hücumundan müdafiə raketləri, reaktiv yaylım atəşi sistemləri və top artilleriyası üçün döyüş sursatları, zirehli texnika və tank əleyhinə silahlar veriləcək”, – məlumatda deyilir.

Pentaqondan bildirilib ki, söhbət yeni silahların alınmasından yox, ABŞ hərbi anbarlarında saxlanılan silahların verilməsindən gedir.

Yardım paketinə “M113” zirehli transportyorları, “Bradley” piyadaların döyüş maşınları, mina əleyhinə gücləndirilmiş təkərli zirehli maşınlar, HIMARS reaktiv yaylım atəşi sistemi üçün raketlər, top artilleriyası üçün 155 və 105 mm-lik mərmilər daxildir.

İstinadlar Report