ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi dəyəri 1,7 milyard dollar olan iki silah paketi hazırlayıb.
Bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar artıq Ukraynaya 200 milyon dollar dəyərində ilk silah paketi ayırıb. Bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat, artilleriya və s. daxildir.