ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkilərini açıqlayıb.

Bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib

Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.

“Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq”, – deyə o vurğulayıb.

Pentaqon rəsmisinin sözlərinə görə, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi.

İstinadlar Report