
ABŞ qırıcı təyyarələrdən istifadə edərək Somalidəki İŞİD hədəflərinə hava zərbələri endirib.
Zərbələr Qırmızı dənizdə olan “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən istifadə edilməklə həyata keçirilib. Qeyd olunub ki, bu, “Əş-Şəbab”a qarşı Somali qoşunlarının dəstəklənməsində olduğu kimi müdafiə əməliyyatı deyil, İŞİD-ə qarşı məqsədyönlü hərəkətlərdir.
Vurğulanıb ki, Pentaqon regionda İŞİD-ə hücum etmək üçün ilk dəfədir ki, döyüş təyyarələrindən istifadə edib.