ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi pilotsuz təyyarələrin köməyi ilə Əfqanıstanın paytaxtı Kabildə avtomobilə dinc insanların ölümü ilə nəticələnən hava zərbəsinin endirilməsinin səhv olduğunu etiraf edərək üzr istəyib.

“İndi əminəm ki, 10 dinc sakin, o cümlədən 7 uşaq, bu zərbə ilə faciəli şəkildə öldürülüb”, – dinc sakinlərin həlak olması haqqında xəbərlərdən sonra araşdırmanın nəticələri haqqında danışan Makkenzi deyib.

Onun sözlərinə görə, həmçinin avtomobildə öldürülənlərin İŞİD-lə bağlı olması ağlabatan deyil.

Frenk Makkenzi etiraf edib ki, zərbə “səhv” olub.

“Mən əməliyyata nəzarət etmiş sərkərdə kimi bu zərbəyə və onun faciəli nəticəsinə görə məsuliyyət daşıyıram”, – Makkenzi qeyd edib.

General gələcəkdə Əfqanıstanda terrorçulara zərbələr endiriləcəyi təqdirdə ABŞ-ın daha diqqətli və daha uzun müddətli potensialı hədəf seçəcəyini, bu səbəbdən səhvlərin mövcudluğu ehtimalının daha az olacağını vurğulayıb. Makkenzinin sözlərinə görə, Kabilə zərbə endirilməsi məsələsində Əfqanıstanın paytaxtındakı hava limanında insanların təhlükəsizliyi təhlükədə olduğu üçün ordunun sürətli qərar verməsinə ehtiyac olub. “Düzgün nəticələr vermə ehtimalımızın kifayət qədər yüksək olduğu ehtimalına əsaslanaraq hərəkət etdik”, – o deyib.

İstinadlar Report