
ABŞ-nin müdafiə naziri Lloyd Ostin yenidən tibbi yoxlanışdan keçəcək və xəstəxanaya yerləşdiriləcək. Bu, sidik kisəsindəki problemlə əlaqəlidir.
Bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayderin bəyanatında bildirilib.
Qeyd olunub ki, Ostin xəstəxanada planlı, fakültətiv və “minimal invaziv qeyri-cərrahi prosedur”dan keçəcək.
Ostinin sonuncu dəfə xəstəxanaya yerləşdirilməsində olduğu kimi, onun vəzifələrini müavini Ketlin Hiks yerinə yetirəcək.
Bəyanatda diqqətə çatdırılıb ki, fevralın 13-də əvvəlki tibbi prosedur fonunda bildirildiyi kimi, nazirin sidik kisəsi problemi “onun xərçəng diaqnozu ilə əlaqəli deyil”.