
Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında deyib.
“Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Bununla belə, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmasının qeyri-real məqsəd olduğunu etiraf etməliyik”, – nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Donald Trampın rəhbərlik etdiyi Amerika administrasiyası üçün əsas prioritetdir.
“Daimi sülhə nail olmaq əsas prioritetdir”, – Pentaqon rəhbəri bildirib.