Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.

Kaliforniyadakı təhlükəsizlik forumunda Esperdən “ABŞ Suriyada kifayət qədər gücə sahibdirmı” sualı ünvanlanıb.

“Düşünürəm ki, bəli. Yoxdursa, əlavə qüvvələr göndərəcəyik”deyə, Pentaqon rəhbəri sualı cavablandırıb.

Esper tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr apardığını da diqqətə çatdırıb.

İstinadlar Report