
Pentaqon rəhbəri Pit Heqset həyat yoldaşı, qardaşı və vəkilinin də daxil olduğu “Signal” mesencerinə ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumat göndərib.
Qeyd olunub ki, Pit martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, qardaşı Fil və orduda işləyən şəxsi vəkili Tim Parlatore ilə söhbətində husi syançılarının mövqelərinə zərbələr endirən “F/A-18 Hornet” döyüş təyyarələrinin uçuş cədvəlini paylaşıb.
Qrup Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və orada həyat yoldaşından əlavə Heqsetin yaxın çevrəsindən olan 10-a yaxın adam, o cümlədən məlumat sızması səbəbindən işdən çıxarılan iki məmur da olub və “Müdafiə | Komandanın görüşü” adlandırılıb.