ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə İsrailə səfər edəcək.

Bu barədə “Axios” bildirib.

Qeyd edilir ki, bu, Bayden administrasiyasının nazirlər kabineti səviyyəsində Yaxın Şərqə birinci səfəri olacaq.

Ostinin İsrailə bazar günü gələcəyi, baş nazir Binyamin Netanyahu, müdafiə naziri Benni Qans və xarici işlər naziri Qabi Aşkenazi ilə görüşəcəyi gözlənilir. İsrailin rəsmi şəxslərinin sözlərinə görə, gündəliyə İran, Suriya, Livan kimi regional məsələlər daxildir.

İstinadlar Report