ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin israilli həmkarı İsrael Katzla telefonla danışıb.
Bu barədə Ostin özünün “X” səhifəsində yazıb.
Telefon danışığı zamanı ABŞ İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib:
“Mən vurğuladım ki, İsrail və “Hizbullah” tərəfindən noyabrın 26-da qəbul olunmuş atəşkəs davamlı sakitliyi bərpa edə və İsrail-Livan sərhədinin hər iki tərəfindəki sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün şərait yarada bilər. ABŞ atəşkəsin həyata keçirilməsinə dəstək vermək üçün beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələr aparır”.