Amerikanın “Marinette Marine Corp” şirkəti ABŞ Müdafiə Nazirliyindən idarə olunan raket silahlarına malik iki “Constellation” freqatının (FFG 66 və FFG 67) layihələndirilməsi və tikintisi üçün 1,04 milyard dollarlıq müqavilə alıb.

Bu barədə Pentaqonun yaydığı yazılı açıqlamada deyilir.

İşlər Viskonsin, Nyu-Cersi, İllinoys, Pensilvaniya, Nyu-York, Ohayo, Şimali Karolina, Merilend, Corciya ştatlarında aparılacaq və 2030-cu ilin aprelində tamamlanmalıdır.

İstinadlar Report