
Vaşinqton öz nüvə arsenalının və raket əleyhinə müdafiə sisteminin modernləşdirilməsinə diqqət yetirməlidir.
Bunu ABŞ müdafiə naziri Pit Heqset “Fox News” telekanalına müsahibəsində söyləyib.
“Rusiyanın böyük nüvə arsenalı var. Çin tələsik şəkildə öz arsenalını yaradır – hər il yüzlərlə yeni nüvə silahı. Biz nüvə triadamızı – quruda, dənizdə və havada modernləşdirməliyik”, – o deyib.
“Ancaq bu həm də “Dəmir qübbə” və ya “Qızıl qübbə”yə aiddir, adını necə adlandırırsınızsa”, – hərbi idarənin rəhbəri ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatlarda yeni raket əleyhinə müdafiə sistemi yaratmaq planlarından danışarkən əlavə edib. Pentaqon rəhbəri 2026-cı maliyyə ili üçün büdcəyə belə bir sistemin yaradılması üçün vəsaitin daxil edilməsinə nail olacağına əmin olduğunu bildirib.