ABŞ Müdafiə Nazirliyi yeni yürüstü nüvə raketlərinin yerləşdirilməsinin təxmin edilən xərclərini 95,8 milyard dollara çatdırıb.

Bu barədə “Defence News”a həftəliyi Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, planlaşdırılan xərclər dörd il əvvəlki “təxmin”lə müqayisədə, demək olar, 10 milyard ABŞ dolları çoxdur.

Yeni qitələrarası ballistik raketlər (ICBMs) son 50 ildə arsenalda olan “Minuteman III”-nü əvəz edəcək. Nəşr yazır ki, onların yerləşdirilməsi yaxın bir neçə onillikdə həyata keçiriləcək ABŞ-ın nüvə arsenalının demək olar tamamilə dəyişdirilməsi çərçivəsində baş tutacaq. İlkin hesablamalara görə, proqramın icrası 1,2 trilyon dollara başa gələcək.

İstinadlar Report