ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək.

Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.

“Bununla bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin regionda Amerika hərbçilərinin təhlükəsizliyinin gücləndirilməsi və İsrailin müdafiəsinə dəstəyin artırılması üçün bir sıra qüvvələrin balansında dəyişikliklərin həyata keçirilməsi üçün əmr verəcək”, – deyə Sinq bildirib.

İstinadlar Report