Rəsmi Vaşinqton İraq hökumətindən ABŞ-nin İraq və Suriyadakı bazalarına zərbələr fonunda Amerika hərbçilərinin təhlükəsizliyini təminatını xahiş edir.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

Aprelin 22-də İranın hərbi qruplaşmaları ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə qarşı iki uğursuz hücum edib. Bu, fevralın 4-dən koalisiya obyektlərinə ilk hücumdur. Bu hücumlar koalisiya qüvvələrinin və İraqdakı şəxsi heyətin təhlükəsizliyini təhlükə altına alır.

İstinadlar Report