İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.

Bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Daha əvvəl Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”-deyə, o bildirib.

İstinadlar Report