“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”.
Bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.
O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.