
Pentaqon ABŞ və Yaponiya donanmaları üçün doqquz “E-2D Advanced Hawkeye” radar aşkarlayan taktiki təyyarənin istehsalı üçün ümumi dəyəri 1,45 milyard dollardan çox olan müqavilə imzalayıb.
Bu, Pentaqonun saytında dərc olunmuş hesabatda yer alıb.
İşlərin əksəriyyəti Florida, Liverpul və Nyu-Yorkda aparılacaq. Müqavilənin icrasının 2029-cu ilin mart ayında başa çatacağı gözlənilir. Podratçı ABŞ Hərbi Hava Qüvvələrinin hava sistemləri komandanlığıdır.