Pentaqon keçmiş əməkdaşının ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olması ilə bağlı iddialarını rədd edib.

Bu barədə “TASS”a Pentaqonun sözçüsü Syuzan Qof məlumat verib.

Onun sözlərinə görə, ABŞ müdafiə departamenti yerdənkənar materialların saxlanması və ya çoxaldılması ilə bağlı hər hansı proqramın keçmişdə mövcud olması və ya hazırda mövcudluğu iddialarını dəstəkləmək üçün heç bir etibarlı məlumat tapmayıb.

İstinadlar Report