ABŞ-nin hərbi-sənaye kompleksi böyük dövlətlərin rəqabəti şəraitində silah və sursat istehsalını sürətlə artırmağa hazır deyildi.

Bu qiymətləndirməni Vaşinqtonda Hudson İnstitutunda keçirilən seminarda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin maddi-texniki təchizat üzrə direktoru, general-leytenant Leonard Kosinski deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı kontekstində Rusiya iqtisadiyyatını “müharibə vəziyyətinə” salıb. “Amma biz yox. Biz kollektiv şəkildə, – mən Avropa və ABŞ-ni nəzərdə tuturam – o cümlədən müttəfiqlərimiz və tərəfdaşlarımız mövqelərini bərpa etməyə çalışırlar”, – Kosinski bildirib.

“Düşünürəm ki, ən ciddi problem, hətta vasitələrimiz olsa belə, istehsalı artırmaq və lazımi miqdarda silah və sursat istehsal etmək imkanı əldə etməkdir. Ümid edirəm, buna nail olacağıq”, – general deyib.

Onun fikrincə, ABŞ-nin hərbi-sənaye kompleksinin zəifləməsinə ölkənin “son iki onillikdə” “fərqli xarakterli münaqişəyə cəlb edildiyi” qərarlar səbəb olub.

İstinadlar Report