
ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlar həyata keçirməyə davam edir.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.
“Biz Qara dəniz üzərində beynəlxalq hüquqa uyğun olaraq hər yerdə uçuşlar həyata keçiririk”, – Rayder deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi təhlükəsizlik səbəbindən uçuşların təfərrüatlarını açıqlamayacaq.