ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələrinin istifadə etdiyi İraqın Eyn əl-Əsəd hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
Bu barədə Pentaqonun rəsmisi TASS-a bildirib.
“Biz təsdiq edə bilərik ki, bu gün Eyn əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə ehtimal ki, raket zərbəsi endirilib. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi xəsarət alıb”, – Pentaqonun nümayəndəsi qeyd edib.
O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.