ABŞ yaxın həftələrdə Avropada təxminən 10 500 hərbçini rotasiya edəcək.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Bu yerləşdirmə tamamilə bölmələrin dəyişdirilməsidir. Bölmələr öz yerləşdirmə yerlərinə qayıdacaqlar. Bu köçürmə gələn həftələrdə baş tutacaq”, – Kirbi deyib.

Onun sözlərinə görə, qoşunlar Ukraynaya göndərilməyəcək.

İstinadlar Report