
ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz.
Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.
“Birləşmiş Ştatların Avropa təhlükəsizliyinin yeganə zəmanətçisi olduğu dövr artıq keçmişdə qalıb. Əslində, bu, çoxdan baş verməli idi. Avropa hərbi baxımdan fəallaşmalı və liderliyi üzərinə götürməlidir”, – Pentaqon rəhbəri qeyd edib.