Deputat Qüdrət Həsənquliyev pensiyaların məbləğinə ildə bir dəfə edilən indeksasiyanın hər ay edilməsini təklif edib.

O, parlamentin növbədənkənar sessiyasında bildirib ki, müvafiq dövlət qurumları bununla bağlı ayda bir dəfə yığışmalıdır: “İstehlak qiymətləri artır. Bu indeksə uyğun da ildə bir dəfə indeksləşmə aparılır. Deməli, pensiyaçılar bunun üçün bir il gözləməlidir. Elə edək ki, pensiyaçılar 1 ili gözləməsinlər”.

Vitse-spiker Valeh Ələsgərov isə deputata cavab olaraq qeyd edib ki, əgər ayda bir dəfə bu məsələyə baxılsa, pensiyalar bir ay qalxıb bir ay düşə bilər: “Ona görə də bu məsələdə orta dəyər anlaşıyından istifadə edilir və ildə bir dəfə indeksasiya pensiyaçıların pensiyasına tətbiq edilir”.

İstinadlar Qafqazinfo