ABŞ Prezidenti Donald Trampın KXDR ilə uğurlu danışıqların qarşılığında dayandırılmasına söz verdiyi ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimləri davam etdiriləcək.

Senator Kori Qardnerin sözlərinə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Trampın bəyanatı Respublikaçılar Partiyasında qarışıqlığa səbəb olub və Pens partiya üzvlərini sakitləşdirməyə çalışıb. Senator K.Qardner qeyd edib ki, Mayk Pens administrasiyanın prezidentin konkret nədən danışdığını öyrənməyə çalışacağını və Cənubi Koreya ilə təlimlərin davam etdiriləcəyini vurğulayıb.

Amma Pensin kommunikasiya üzrə direktoru Carrod Eygen “Twitter”də vitse-prezidentin Cənubi Koreya ilə hərbi təlimlərin davam etdiriləcəyini demədiyini yazıb.

Pentaqonun nümayəndəsi qeyd edib ki, ABŞ hərbçiləri hələlik Cənubi Koreyada təlimlərin dayandırılması barədə heç bir təlimat almayıb.

İstinadlar Report