Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb.