Ədliyyə Nazirliyi Penitensiar Xidməti sabiq müstəntiq Rüfət Səfərovun həbsdə saxlanılarkən işgəncəyə məruz qalması ilə bağlı iddialarına cavab verib.

Media sorğusuna cavab olaraq qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, Rüfət Səfərovun atası Eldar Sabiroğlunun dedikləri tamamilə cəfəngiyyatdır və həqiqətləri əks etdirmir.

M. Sadıqov sabiq müstəntiq Rüfət Səfərovun həbsdə saxlanılarkən işgəncəyə məruz qalması barədə yayılan məlumatları təkzib edib.

 

İstinadlar Bizimyol