Qaradağda yol kənarından 20 kq-a yaxın narkotik tapılıb.

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatı tərəfindən Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisədə ümumi çəkisi 19 kiloqram 100 qram olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo