
“İsrailin Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı İranla münaqişə riskini artıra bilər”,
Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Kabo-Verdedə Reuters agentliyinə müsahibəsində deyib.
Generalın fikrincə, İsrailin hərəkətləri və “Hizbullah” üçün təhlükə münaqişənin genişlənməsinə birbaşa səbəbdir. O qeyd edib ki, “Hizbullah” “HƏMAS”la müqayisədə daha böyük potensiala malikdir və İrandan əhəmiyyətli dəstək alır.
Braun həmçinin vurğulayıb ki, İsrailin gələcək hərəkətlərini proqnozlaşdırmaq çətindir.