Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin partiyası dövlət qeydiyyatına alınmır.

O, bu iddia ilə özünün feysbuk hesabında çıxış edib.

P.Hüseyn qeyd edib ki, ötən ilin dekabrın 11-də keçirilmiş Azərbaycan Xalq Partiyasının (AXP) V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır:

“27.12.2022-ci il tarixdə yazılı şəkildə iki texniki çatışmazlıq (təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1-ci redaksiyada əslinin əlavə edilməməsi və Nizamnamənin 2-ci redaksiyasının titul səhifəsində, AXP-nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992-ci il kimi getməsi) əsas göstərildi. Bunlar düzəldilərək yenidən təqdimatdan sonra 05.01.2023 tarixində bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzliq  qeyd olunaraq imtina edildi”. 

Politoloq iddia edib ki, son çatışmazlıqlar düzəldiləndən sonra, bu gün siyasi partiyalar haqqında yeni qanuna istinad olunaraq təmamilə qanunsuz  tələb irəli sürüldü.

İstinadlar Qafqazinfo