Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili müəllimi Yuhuan Tanq Azərbaycan dili və mədəniyyətinə olan heyrətamiz sevgi hekayəsini bölüşüb.

O, “Report”un Pekinə ezam olunmuş müxbiri ilə söhbətində Azərbaycan dilinin onun həyatını köklü şəkildə dəyişdiyini vurğulayıb.

Y.Tanq yeddi il bundan əvvəl Pekin Xarici Dillər Universitetinin tələbəsi olarkən Azərbaycan dilini öyrənməyə başlayıb. Universiteti bitirdikdən sonra o, Bakıdakı Xəzər Universitetində təhsilini davam etdirməyə qərar verib və orada iqtisadiyyat və Azərbaycan dili üzrə magistr dərəcəsi alıb.

“Xəzərin sahilində keçirdiyim iki il həyatımın ən xoş xatirələrindən biri oldu. Mən təkcə Azərbaycan dilini mükəmməl şəkildə öyrənmədim, həm də mənim üçün ikinci ailəyə çevrilən bir çox dostlar qazandım”, – Y.Tanq qeyd edib.

İstinadlar Report